Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–4, I kitab, maddə 250, No–5, maddə 323, No–12, maddə 835; 2002-ci il, No–12, maddə 709; 2003-cü il, No–8,   maddə 420; 2004-cü il, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005-ci il, No–2, maddə 61, No–6, maddə 466, No–8, maddələr 684, 692, 693, No–11, maddə 996, No–12, maddə 1085; 2006-cı il, No–2, maddə 68, No–3, maddə 225, No–5, maddə 387, No–6, maddə 478, No–8, maddə 657, No–12, maddə 1005; 2007-ci il, No–2, maddə 80, No–6, maddə 560, No–8, maddə 745, No–10, maddə 937, No–11, maddə 1053, No–12, maddələr 1215, 1219; 2008-ci il, No–3, maddə 145, No–6, maddə 456, No–7, maddə 602, No–12, maddə 1049; 2009-cu il, No–2, maddə 47, No–5, maddə 295, No–6, maddə 404, No–7, maddə 517; 2010-cu il, No–4, maddə 266) 561-ci maddəsində “məhkəmə qərarlarının icrasına dair” sözləri “icra haqqında” sözləri ilə, 1033.1-ci maddəsində “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may  2011-ci il
No– 115-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU