"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
 

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 688; 2000, No– 7, maddə 494; 2002, No– 8, maddə 464; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005, No– 10, maddələr 874, 876, 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddə 1, No– 2, maddə 82; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 11, maddə 944; 2011, No– 4, maddə 269) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə:
1.1. dördüncü abzasda “prokurorluğun müstəntiqləri,” sözlərindən sonra “prokurorluğun əməliyyatçıları,” sözləri əlavə edilsin;
1.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“əməliyyatçı – korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları;”.

2. 4-cü maddənin birinci hissəsinin ikinici abzasında “istintaq aparır” sözlərindən sonra “, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir” sözləri əlavə edilsin.

3. 9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində “prokurorlar və müstəntiqlər” sözləri “prokurorlar, müstəntiqlər və əməliyyatçılar” sözləri ilə əvəz edilsin.

4. 29-cu maddədə:
4.1. maddənin adında “və prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və əməliyyatçısı" sözləri ilə əvəz edilsin;
4.2. birinci hissədə “prokurorluğun müstəntiqi” sözlərindən sonra “və əməliyyatçısı” sözləri əlavə edilsin, “və ya müstəntiq” sözləri “, müstəntiq və ya əməliyyatçı” sözləri ilə əvəz edilsin;
4.3. ikinci hissənin beşinci abzasında “və ya prokurorluğun müstəntiqi” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin;
4.4. ikinci hissənin səkkizinci abzasında “və müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.

5. 30-cu maddənin adında və mətnində, 34-cü maddənin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında “və ya müstəntiq” sözləri “, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı” sözləri ilə əvəz edilsin.

6. 35-ci maddədə:
6.1. birinci hissədə “və prokurorluğun müstəntiqlərinə” sözləri “, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına” sözləri ilə əvəz edilsin;
6.2. səkkizinci hissədə “və prokurorluğun müstəntiqlərinin” sözləri “, prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 oktyabr 2011-ci il
No– 212-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU