"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 11, maddə 612; 2002, No– 5, maddə 250, No– 6, maddə 328; 2004, No– 3, maddə 133; 2005, No– 12, maddə 1079; 2006, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddə 1005; 2007, No– 6, maddə 560; 2008, No– 4, maddə 252, No– 6, maddə 462; 2010, No– 3, maddə 172, No– 6, maddə 487; 2011, No– 4, maddələr 252, 268) 20-ci maddəsinin IV hissəsində “məlumatlar” sözündən sonra “(korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2011-ci il
No– 214-IVQD
Fayl şəklində yüklə

