"Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti
arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının
alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2011-ci il iyunun 9-da Lyublyana şəhərində imzalanmış Konvensiya və onun Protokolu təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 198-IVQ
Fayl şəklində yüklə

