"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007, No– 4, maddə 320, No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078; 2008, No– 6, maddə 470, No– 7, maddə 608; 2010, No– 7, maddə 590; 2011, No– 4, maddə 266) 73.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“73.8. Pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq  vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alır.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 202-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU