Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 584; 2001, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159, No– 4, maddə 249, No– 5, maddə 340, No– 6, maddələr 454, 460, 461, 464, No– 7, maddələr 601, 602, 605, No– 8, maddələr, 699, 701, 711, No– 10, maddələr 884, 885, No– 11, maddələr 956, 957, No– 12, maddələr 1045, 1047, 1049; 2009, No– 2, maddələr 36, 45, 49, 52, 53, No– 5, maddələr 309, 315, No– 6, maddələr 404, 405, No– 7, maddələr 517, 518, 519, No– 8, maddə 611, No– 12, maddələr 953, 954, 966, 971; 2010, No– 2, maddələr 70, 71, No– 3, maddələr 167, 171, 178, No– 4, maddələr 275, 276, No– 5, maddələr 379, 380, No– 6, maddə 483, No– 7, maddələr 577, 591, 594, 595, 598, 600, No– 10, maddə 838, No– 11, maddələr 936, 938, 949, No– 12, maddə 1059; 2011, No– 2, maddələr 70, 71, No– 3, maddələr 162, 164, 167, 168, 170, No– 4, maddələr 246, 254, No– 6, maddələr 470, 479, 487, No– 7, maddələr 596, 614) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 348-6-cı maddə əlavə edilsin:
“Maddə 348-6. İnzibati prosessual qanunvericiliyin pozulması
348-6.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə -
vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir.
348-6.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə -
vəzifəli şəxslər beş yüz manat miqdarında cərimə edilir.”.
2. 360.1-ci maddədə “348-5,” rəqəmindən sonra “348-6,” rəqəmi əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 203-IVQD
Fayl şəklində yüklə

