"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və sağlamlıq imkanları
məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq  Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 16, maddə  697; 1994,  No– 15, maddə 176; 1995,        No– 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997,  No– 2, maddə 81, No– 4, maddə 305, No– 5, maddələr 356, 378, No– 6, maddə 452; 1998, No– 1, maddə 16; 1999, No– 4, maddə 217, No– 7, maddə 395; 2001, No– 3, maddə 145,   No– 12, maddələr 731, 736; 2002, No– 5, maddələr 244, 246, No– 12, maddə 706; 2004, No– 4, maddə 202, No– 7, maddə 507, No– 8, maddə 596; 2005, No– 8, maddə 684; 2007, No– 5, maddə 401; 2008, No– 7, maddə 602; 2010, No– 3, maddə 171, No– 4, maddə 275, No– 11, maddə 949; 2011, No– 2, maddə 71, No– 4, maddə 260) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin birinci cümləsindən “müvafiq Dövlət Proqramına uyğun olaraq” sözləri və ikinci cümləsi çıxarılsın.
2. 14-2-ci maddənin birinci hissəsinin birinci cümləsindən “və reabilitasiya tədbirləri üzrə dövlət proqramına” sözləri çıxarılsın.
3. 21-ci maddənin birinci hissəsinin birinci cümləsindən “və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramına” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 207-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU