"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq  Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 348; 1999, No– 11, maddə 609; 2000, No– 11, maddə 776; 2001, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002, No– 12, maddə 706; 2004, No– 7, maddə 505, No– 12, maddə 976; 2005, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007,    No– 1, maddə 4, No– 12, maddə 1193; 2008, No– 2, maddə 49, No– 4, maddə 254, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 970; 2010, No– 4, maddə 276, No– 11, maddə 949) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. birinci hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“işsizlik müavinəti.”;
2. dördüncü hissə çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 208-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU