Azərbaycan Respublikasının Se?ki Məcəlləsinə əlavə edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
I. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 274, № 12 (I kitab), maddə 680; Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 685-IIQD nömrəli Qanunu) 29.4-cü maddəsinə aşağıdakı redaksiyada mətn əlavə edilsin:
"Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu Məcəllənin 29.1-ci maddəsinə riayət etmək mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən çox seçki dairəsinin yaradılması və ya müvafiq seçki dairəsinin tərkibinə birdən çox bələdiyyənin daxil edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan qalıq bu Məcəllənin 29.3.1-ci maddəsində göstərilən faizlərdən çox olduqda Mərkəzi Seçki Komissiyası seçki dairəsini yaradarkən bu Məcəllənin 29.1-ci maddəsinə riayət etməyə bilər. Bu halda Mərkəzi Seçki Komissiyası seçki dairəsinin yaradılması haqqında qərarda bu Məcəllənin 29.1-ci maddəsinə riayət etməyin mümkün olmadığının səbəblərini göstərməklə öz qərarını əsaslandırmalıdır".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2004-cü il

