Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-ΙQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-ΙQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-ΙQ nömrəli Qanununu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 137-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-ΙQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 136; 2001, No– 11, maddə 669; 2002, No– 6, maddə 328; 2006, No– 2, maddə 64, No– 11, maddə 933; 2007, No– 11, maddə 1053; 2008, No– 8, maddə 701, No– 10, maddə 886; 2009, No– 4, maddə 211, No– 7, maddə 519) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 22-ci maddəsinin birinci hissəsindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılsın.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 231-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU