"İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini  rəhbər tutaraq, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 782-IQ nömrəli Qanununu “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 18; 2001, No– 11, maddə 687, No– 12, maddə 731; 2003, No– 1, maddə 23; 2004, No– 2, maddə 57, No– 3, maddə 133; 2006, No– 11, maddə 928; 2007, No– 1, maddə 4, No– 7, maddə 712; 2010, No– 7, maddə 591; 2011, No– 6, maddə 477, No– 7, maddə 584) 1-ci maddəsində və 11-ci maddəsinin beşinci hissəsində “iqtisadi” sözündən əvvəl “inzibati və” sözləri əlavə edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 236-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU