Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, II kitab, maddə 251, No–5, maddə 323, No–12, maddə 835; 2001, No–1, maddə 24, No–7, maddə 455; 2002, No–1, maddə 9, No–5, maddələr 236, 248, 258, No–6, maddə 326, No–8, maddə 465; 2003, No–6, maddələr 276, 279, No–8, maddələr 424, 425, No–12, I kitab, maddə 676; 2004, No–1, maddə 10, No–4, maddə 200, No–5, maddə 321, No–8, maddə 598, No–10, maddə 762, No– 11, maddə 900; 2005, No–1, maddə 3, No–6, maddə 462, No–7, maddə 575, No–10, maddə 904, No–11, maddə 994; 2006, No–2, maddələr 71, 72, 75, No–5, maddə 390, No–12, maddələr 1008, 1020, 1028; 2007, No–2, maddə 68, No–5, maddə 398, No–6, maddələr 560, 562, 579, No–8, maddə 757, No–10, maddələr 937, 941, No–11, maddələr 1049, 1080, 1090, No–12, maddə 1221; 2008, No–6, maddələr 454, 461, No–7, maddə 602, No–10, maddə 884, No–12, maddələr 1047, 1049; 2009, No–5, maddə 315, No–7, maddə 517, No–12, maddə 953; 2010, No–2, maddə 70, No–3, maddələr, 171, 178, No–4, maddələr 275, 276, No–7, maddə 591; 2011, No–4, maddə 253, No–6, maddə 472, No–7, maddələr 587, 601, 621) aşağıdakı dəyişikliklər edilsin:
1. 167-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz manatadək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilsin.
2. 167-1-ci maddə üzrə:
2.1. 167-1.1-ci və 167-1.2-ci maddələrin sanksiyalarında “beş yüz manatdan min manatadək” sözləri “üç min manatdan beş min manatadək” sözləri ilə əvəz edilsin;
2.2. 167-1.3-cü maddənin sanksiyasında “min manatdan iki min manatadək” sözləri “yeddi min manatdan doqquz min manatadək” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 167-2-ci maddə əlavə edilsin:
“Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma-
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.”.
4. 168.1-ci maddənin sanksiyasında “yüz manatdan beş yüz manatadək” sözləri “yeddi min manatdan doqquz min manatadək” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 237-IVQD
Fayl şəklində yüklə

