Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, I kitab, maddə 250, No–5, maddə 323; 2002, No–12, maddə 709; 2003, No–8, maddə 420; 2004, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005, No–2, maddə 61, No–6, maddə 466, No–8, maddələr 684, 692, 693, No–11, maddə 996, No–12, maddə 1085; 2006, No–2, maddə 68, No–3, maddə 225, No–5, maddə 387, No–6, maddə 478, No–8, maddə 657, No–12, maddə 1005; 2007, No–2, maddə 80, No–6, maddə 560, No–8, maddə 745, No–10, maddə 937, No–11, maddə 1053, No–12, maddələr 1215, 1219; 2008, No–3, maddə 145, No–6, maddə 456, No–7, maddə 602, No–12, maddə 1049; 2009, No–2, maddə 47, No–5, maddə 295, No–6, maddə 404, No–7, maddə 517; 2010, No–2, maddə 75, No–3, maddə 171, No–4, maddələr 265, 266, 276, ) aşağıdakı dəyişikliklər edilsin:
1. 992-1.5-ci maddədən “və ya fiziki” sözləri çıxarılsın.
2. 992-1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“992-1.9. Aktivlərin idarə edilməsi müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.”.
3. 992-1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“992-1.11. Depozitar fəaliyyət qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.”.
4. 997.1-ci maddədə “mənzil sertifikatı” sözlərindən sonra “, investisiya fond payı” sözləri əlavə edilsin.
5. 1078-28.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1078-28.1.3. aktivlərin idarə edilməsi üzrə fəaliyyət;”.
6. 1078-31-ci maddədə:
6.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Aktivlərin idarə edilməsi üzrə fəaliyyət”;
6.2. 1078-31.1-ci və 1078-31.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“1078-31.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.
1078-31.2. İdarəçiyə idarə edilmək üçün qiymətli kağızların, pul vəsaitlərinin  və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 247-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU