Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, III kitab, maddə 586, No– 12, maddə 835; 2001, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 237, 240, 244, No– 8, maddə 463; 2004, No– 6, maddə 399; 2005, No– 4, maddə 278; 2006, No– 11, maddə 929; 2007, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddələr 1197, 1218; 2008, No– 6, maddə 462, No– 7, maddələr 602, 607; 2010, No– 3, maddə 171, No– 4, maddə 275, No– 7, maddə 591; 2011, No– 2, maddələr 70, 71, No– 6, maddə 473, No– 7, maddə 600) 28.4-cü maddəsində “müddətli həqiqi hərbi xidmətə çağırılarsa və ya” və “müvafiq hərbi komissarlığa və ya” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 252-IVQD
Fayl şəklində yüklə

