"Azərbaycan Respublikası Hökuməti ilə Italiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və həmin Konvensiyaya Əlavə Protokolun təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Azərbaycan Respublikası Hökuməti ilə İtaliya
Respublikası Hökuməti arasında gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və
vergilərin ödənilməsindən yayınmanın
qarşısının alınması haqqında"
Konvensiyanın və həmin Konvensiyaya Əlavə
Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. "Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında" 2004-cü il iyulun 21-də Bakı şəhərində imzalanmış Konvensiya və həmin Konvensiyaya Əlavə Protokol təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2004-cü il
№ 773-IIQ

