"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007, No– 12, maddə 1194; 2008, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009, No– 6, maddələr 395, 399, No– 11, maddələr 877, 879; 2010, No– 7, maddə 579; 2011, No– 4, maddə 267, No– 6, maddə 465, No– 7, maddə 597) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 20.1.3-1-ci və 20.6-1-ci maddələr əlavə edilsin:
“20.1.3-1. Milli Televiziya və Radio Şurasının üzvü və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olmuş şəxs;
20.6-1. Bu Qanunun 20.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Milli Televiziya və Radio Şurasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”.
2. 37.3.4-cü maddənin ikinci cümləsində “20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözlərindən sonra 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 254-IVQD
Fayl şəklində yüklə

