"Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r :

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 687;  2004,  No– 1, maddə 10; 2005, No– 2, maddə 62; 2006, No– 3, maddə 225; 2009, No– 11, maddə 878; 2010, No– 4, maddə 276; 2001, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin ikinci hissəsində “şəxs” sözü “işçi” sözü ilə əvəz edilsin;
2. 3-cü maddədə:
2.1. 2-ci hissədə “cədvəlini” sözündən sonra “, bələdiyyə qulluqçusunun vəzifə təlimatını” sözləri əlavə edilsin.
2.2.  aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 oktyabr 2011-ci il
No– 217-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU