"Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının 2000-ci il 14 aprel tarixli 859-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 10, maddə 705) ilə təsdiq edilmiş “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”nin 10-cu maddəsinin ikinci cümləsində “tapşırıq vermək hüququna malikdirlər” sözləri “müraciət edə bilərlər” sözləri ilə, 12-ci maddəsində “bələdiyyənin səlahiyyətinə” sözləri “öz səlahiyyətlərinə” sözləri ilə və 16-cı maddəsində “daimi komissiyaların” sözləri “komissiyanın” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2011-ci il
No– 220-IVQD
Fayl şəklində yüklə

