Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001, No– 1, maddə 24, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008, No– 6, maddələr 454, 461, No– 7, maddə 602, No– 10, maddə 884, No– 12, maddələr 1047, 1049; 2009, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 953; 2010, No– 2, maddə 70, No– 3, maddələr 171, 178, No– 4, maddələr 275, 276, No– 7, maddə 59; 2011, No– 4, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:
1. 190-cı maddənin “Qeyd” hissəsində “192,” rəqəmindən sonra “192–1,” rəqəmi əlavə edilsin.
2. Aşağıdakı məzmunda 192–1-ci maddə əlavə edilsin:
“Maddə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. Aşağıdakı məzmunda 244–1-ci maddə əlavə edilsin:
“Maddə 244–1. Qumarxana təşkil etmə və ya saxlama
244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama –
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244-1.2. Eyni əməllər:
244-1.2.1. təkrar törədildikdə;
244-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 199-IVQD
Fayl şəklində yüklə

