"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 740; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840, No– 11, maddə 939; 2011, No– 1, maddə 12, No– 4, maddələr 245, 264) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:
14.3.1. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə -10 manat;
14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə - 1 manat.”.
2. 14.5-ci və 14.6-cı maddələr çıxarılsın.
3. 15-ci maddədə “məcburi köçkünlər” sözlərindən sonra “,16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2011-ci il
No– 206-IVQD
Fayl şəklində yüklə

