"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 142; 1999, No– 1, maddə 1; 2010, No– 5, maddə 386) 2014-cü il yanvarın 1-dən ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2011-ci il
No– 283-IVQ
Fayl şəklində yüklə

