"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 740; 2002, No–12, maddə 706; 2003, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007, No–2, maddə 80, No–12, maddə 1203; 2008,  No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010, No–4, maddə 276, No–6, maddə 485, No–10, maddə 840, No–11, maddə 939; 2011, No–1, maddə 12, No–4, maddələr 245, 264; Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 206-IVQD nömrəli və 15 noyabr tarixli 245-IVQD nömrəli Qanunları) aşağıdakı məzmunda 20-1.3-cü maddə əlavə edilsin:
 
 “20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.”.
 
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 dekabr 2011-ci il
No– 286-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU