"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-ΙQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr
tarixli 421-ΙQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :
         
Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 136; 2001, No– 11, maddə 669; 2002, No– 6, maddə 328; 2006, No– 2, maddə 64, No– 11, maddə 933; 2007, No– 11, maddə 1053; 2008, No– 8, maddə 701, No– 10, maddə 886; 2009, No– 4, maddə 211, No– 7, maddə 519) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 27-ci maddəsinin üçüncü hissəsi dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 dekabr 2011-ci il
No– 267-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU