"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il, No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009-cu il, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010-cu il, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011-ci il, No– 3, maddə 166, No– 7, maddə 613) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın 27-ci sırasında verilmiş “Xaçmaz rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 27.15-ci sırada “Ağçay,” sözündən sonra “İlxıçı,” sözü əlavə edilsin;
2. 27.31-ci sırada “İlxıçı,” sözü çıxarılsın;
3. 27.40-cı sırada “Üçgünqışlaq” sözündən sonra “, Üryanoba” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2011-ci il
No– 272-IVQD
Fayl şəklində yüklə

