Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ailə Məcəlləsində
dəyişiklik edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq  q ə r a r a  a l ı r:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab, maddə 126; 2002, No– 12, maddə 702; 2004, No– 7, maddə 505; 2006, No– 2, maddə 66, No– 11, maddə 923, No– 12, maddələr 1005, 1006; 2007, No– 1, maddə 4, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1218; 2008, No– 7, maddə 602; 2010, No– 2, maddə 70, No– 3, maddə 171, No– 5, maddə 380, No– 7, maddə 578; 2011, No– 7, maddə 620) 10.1-ci maddəsində “kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş” sözləri “18 yaş” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 255-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU