Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddələr 454, 461, No– 7, maddə 602, No– 10, maddə 884, No– 12, maddələr 1047, 1049; 2009-cu il, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 953; 2010-cu il, No– 2, maddə 70, No– 3, maddələr 171, 178, No– 4, maddələr 275, 276, No– 7, maddə 591; 2011-ci il, No– 4, maddə 253, No– 6, maddələr 472, No– 7, maddələr 587, 601, 621) aşağıdakı məzmunda 176-1-ci maddə əlavə edilsin:
“Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə -
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 256-IVQD
Fayl şəklində yüklə

