Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115) aşağıdakı dəyişikliklər edilsin:
1. 16.1.8.17-ci maddədə “vəkillik” sözündən sonra “, notariat” sözü əlavə edilsin;
2. 33.1-ci maddənin birinci hissəsində “yaşadıqları” sözündən sonra “, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi” sözləri əlavə edilsin;
3. 96.1-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:
“Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.”;
4. 99.3.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.10-cu maddə əlavə edilsin:
“99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar.”;
5. aşağıdakı məzmunda 101.4-cü maddə əlavə edilsin:
“101.4. Xüsusi notarius ücün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.”;
6. 149.1.4-cü maddədə “ödəmə” sözündən əvvəl “xüsusi notariuslar,” sözləri əlavə edilsin;
7. 149.2-ci maddədə “şəxslər” sözündən sonra “(xüsusi notariuslar istisna olmaqla)” sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.”;
8. 149.6-cı maddənin ikinci cümləsində “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
9. 150.1.2-ci maddədə “sahibkarlar” sözündən sonra “və xüsusi notariuslar” sözləri əlavə edilsin;
10. 150.3-cü maddədə “və fərdi sahibkarlar” sözləri “, fərdi sahibkarlar və xüsusi notariuslar” sözləri ilə əvəz edilsin;
11. 151.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.”;
12. 164.1.6-cı maddədə “yığımlar” sözündən sonra “, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2012-ci il
No– 351-IVQD
Fayl şəklində yüklə

