Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq   q ə r a r a  a l ı r :

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 12, maddə 972; 2010, No– 4, maddə 273, No– 5, maddə 385; 2011, No– 4, maddə 271) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 84-1-ci maddə əlavə edilsin:

“84-1. Təşkilat-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti (bu Əsasnamənin 82-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa) ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxma ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.”.

2. 88-ci maddə aşağıdakı redaksiyada verilsin:

“88. Miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilir.”.

3. Aşağıdakı məzmunda 88-1-ci maddə əlavə edilsin:

 “88-1. Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
                                                                                      

Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 344-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU