"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Su təchizatı və tullantı suları haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 2; 2007, No– 5, maddə 436; 2008, No– 5, maddə 348; 2009, No– 10, maddə 768; 2010, No– 5, maddə 374; 2011, No– 4, maddə 263) 46-cı maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 339-IVQD
Fayl şəklində yüklə

