Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603; No– 12, maddə 1115) aşağıdakı məzmunda 102.1.18-ci maddə əlavə edilsin:
“102.1.18. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 334-IVQD
Fayl şəklində yüklə

