Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ  nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 478; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 11, No– 6, maddə 256, No– 8, maddə 423; 2004,   No– 2, maddə 59, No– 6, maddə 415, No– 10, maddə 761; 2006, No– 2, maddə 67, No– 6,    maddə 478, No– 8, maddə 657, No– 11, maddə 932; 2007, No– 1, maddə 3, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 6, maddə 460, No– 8, maddə 707, No– 12, maddə 1048; 2009,  No– 2, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin birinci hissəsinin dördüncü bəndində “ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması” sözləri “ehtiyacları üçün alınması” sözləri ilə əvəz edilsin;
2. 38-ci maddənin beşinci abzasında “bu Məcəllədə” sözləri “qanunla” sözü ilə əvəz edilsin və həmin abzasdan “geri” sözü çıxarılsın;
3. XIV fəslin adı aşağıdakı redaksiyada verilsin:
“Torpaqların dövlət ehtiyacları üçün alınması”;
4. 70-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 70. Torpaqların dövlət ehtiyacları üçün alınması
Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;
5. 71-ci və 72-ci maddələr çıxarılsın;
6. 73-cü maddənin 1-ci bəndinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:
“dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;” ;
7. 84-cü maddənin 5-ci və 96-cı maddənin 6-cı bəndləri çıxarılsın.


         
    
                                    
          
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 331-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU