Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Meşə Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ  nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Meşə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 139; 1999, No– 8, maddə 476; 2004, No– 11, maddə 902; 2007, No– 5, maddə 436; 2008, No– 5, maddə 348; 2010, No– 4, maddə 274) aşağıdakı dəyişikliklər edilsin:
1. 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından “geri” sözü çıxarılsın;
2. 51-ci maddənin ikinci hissəsində “Mülki Məcəlləsində” sözlərindən sonra “və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilsin.

   
        
        İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 330-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU