"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əlavə və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavə və
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298; №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9; №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 4-cü bəndindən "dövlət yol fondundan və" sözləri çıxarılsın.
2. 23-cü maddənin II hissəsindən "Azərbaycan Respublikası dövlət yol fondunun vəsaiti və" sözləri çıxarılsın.
II."Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 125; 2001-ci il, №12, maddələr 731, 736) aşağıdakı dəyişikliklər edilsin:
1. 21-ci maddənin dördüncü hissəsinin on birinci abzası çıxarılsın, on ikinci abzas on birinci abzas hesab edilsin.
2. 34-cü maddənin ikinci hissəsinin axırıncı abzası çıxarılsın.
3. 43-cü maddənin dördüncü hissəsi çıxarılsın, beşinci və altıncı hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin.
4. 44-cü maddənin ikinci hissəsinin ikinci abzasından ", o cümlədən Dövlət Yol Fondunun" sözləri çıxarılsın.
5. 52-ci maddənin üçüncü hissəsində "Dövlət Yol Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123) aşağıdakı dəyişikliklər edilsin:
1. 414.5-ci və 415.2-ci maddələrində "Əgər bu Məcəllədə" sözləri "Qanunvericilikdə" sözü ilə əvəz edilsin.
2. 415.2-ci maddədə "haqqında məlumatlar" sözləri "haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar" sözləri ilə əvəz edilsin.
IV. "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 114; 2003-cü il, №6, maddə 277) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. aşağıdakı məzmunda 61.6-cı maddə əlavə edilsin:
"61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı məhkəmə icraçısının sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.".
2. 74.2-ci maddədə "qalan pul məbləği" sözləri "qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği" sözləri ilə əvəz edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2004-cü il
№ 782 - IIQD

