Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Seçki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 6, maddə 274, No– 12, I kitab, maddə 680; 2004, No– 6, maddə 416, No– 11, maddə 891; 2005, No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007, No– 7, maddə 712; 2008, No– 6, maddə 457; 2009, No– 2, maddə 44; 2010, No– 4, maddə 276, No– 7, maddə 592; 2011, No– 3, maddə 163) aşağıdakı dəyişikliklər edilsin:
1. 60.7-ci, 68.6-cı və 171.2-ci maddələrdə “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilsin.
2. 112.4-cü maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.
3. 112.10-cu maddədə “3 gün müddətində,” sözlərindən sonra “səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq),” sözləri əlavə edilsin.
4. 112.11-ci maddənin birinci cümləsində “3 gün müddətində” sözlərindən sonra “, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal” sözləri əlavə edilsin.
5. 112-1.10-cu maddənin üçüncü cümləsində “3 gün müddətində,” sözlərindən sonra “səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq),” sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.”.
6. 112-1.13-cü maddədə “24” rəqəmi “18” rəqəmi ilə əvəz edilsin və “gec olmayaraq” sözlərindən sonra “müvafiq seçki komissiyasının qərarı ilə birlikdə” sözləri əlavə edilsin.
7. 140-cı maddədə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.
8. 241-ci maddənin birinci cümləsində “30” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 327-IVQD
Fayl şəklində yüklə

