Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, I kitab, maddə 250, No–5, maddə 323; 2002, No–12, maddə 709; 2003, No–8, maddə 420; 2004, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005, No–2, maddə 61, No–6, maddə 466, No–8, maddələr 684, 692, 693, No–11, maddə 996, No–12, maddə 1085; 2006, No–2, maddə 68, No–3, maddə 225, No–5, maddə 387, No–6, maddə 478, No–8, maddə 657, No–12, maddə 1005; 2007, No–2, maddə 80, No–6, maddə 560, No–8, maddə 745, No–10, maddə 937, No–11, maddə 1053, No–12, maddələr 1215, 1219; 2008, No–3, maddə 145, No–6, maddə 456, No–7, maddə 602, No–12, maddə 1049; 2009, No–2, maddə 47, No–5, maddə 295, No–6, maddə 404, No–7, maddə 517; 2010, No–2, maddə 75, No–3, maddə 171, No–4, maddələr 265, 266, 276; 2011, No–7, maddə 586, No–8, maddə 750, No–12, maddə 1102; 2012, No–1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 363.1-ci maddədə “Etibarnamə” sözü “Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə” sözləri ilə əvəz edilsin.
1.2. Aşağıdakı məzmunda 363.3-cü maddə əlavə edilsin:
“363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.”.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2012-ci il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2012-ci il
No– 321-IVQD
Fayl şəklində yüklə

