Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət

Məcəlləsinə və Azərbaycan Respublikasının

İnzibati Xətalar Məcəlləsinə əlavələr və

dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, II kitab, maddə 251, №5, maddə 323; 2001-ci il, №1, maddə 24, №7, maddə 455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003-cü il, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004-cü il, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli 688-IIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 222-2-ci və 314-2-ci maddələr əlavə edilsin:

 

"Maddə 222-2. Müvafiq icazə almadan mühafizə

zonalarında tikinti və ya quraşdırma

işləri aparma

 

222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma -

şərti maliyyə vahidinin yeddi yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda -

iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

 

"Maddə 314-2. Müəyyən edilmiş qaydaları pozmaqla

mühafizə zonalarında torpaq sahələri

ayırma, tikinti və ya quraşdırma

işlərinin aparılmasına icazə vermə

 

314-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -

şərti maliyyə vahidinin iki min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

314-2.2. Bu Məcəllənin 314-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178; №5, maddə 228; №6, maddələr 257, 276, 279; №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321; Azərbaycan Respublikasının 2004-cü il 20 aprel tarixli 642-IIQD nömrəli, 1 iyun tarixli 679-IIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 88-3-cü maddə əlavə edilsin:

 

"Maddə 88-3. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının

pozulması

 

Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə -

 

şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.".

 

2. 103.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

"fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.".

 

3. 117.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasına görə -

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək miqdarda cərimə edilir.".

 

4. 164-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.".

 

5. 167-ci maddənin sanksiyasında "beş mislindən səkkiz mislinədək" sözləri "on mislindən iyirmi mislinədək" sözləri ilə, "qırx mislindən altmış mislinədək" sözləri "altmış mislindən səksən mislinədək" sözləri ilə əvəz edilsin.

 

6. 168-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin doxsan mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.".

 

7. 194.2-ci maddənin sanksiyasında "səksən" sözü "doxsan" sözü ilə əvəz edilsin.

 

8. 195-ci maddənin sanksiyasında "otuz" sözü "qırx" sözü ilə əvəz edilsin.

 

9. 196-cı maddənin sanksiyasında "on beş" sözləri "iyirmi" sözü ilə, "əlli" sözü "yetmiş" sözü ilə əvəz edilsin.

 

10. 360-cı maddədə "69" rəqəmindən sonra "88-3" rəqəmləri əlavə edilsin.

 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2004-cü il

№ 781-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU