"Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi"nin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Serbiya Respublikasında E-763 avtomobil
magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo
və Takovo-Prelyina hissələrinin tikintisinin
maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış
edən Azərbaycan Respublikası Hökuməti və Borc alan
qismində çıxış edən Serbiya Respublikası Hökuməti
arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  
q ə r a r a   a l ı r :

2012-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış  “Serbiya Respublikasında  E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi” təsdiq edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
                                                                                      

Bakı şəhəri, 6 aprel 2012-ci il
No– 319-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU