"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Narkoloji xidmət və nəzarət haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 9, maddə 577; 2002, No– 5, maddə 240; 2003, No– 12, I kitab, maddə 697; 2007, No– 6, maddə 560, No– 10, maddə 938; 2008, No– 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu Qanuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin, habelə fiziki və hüquqi şəxslərin vəsaiti hesabına həyata keçirilir.”.
2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15.1. Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. 16.2-ci və 23.5-ci maddələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
No– 313-IVQD
Fayl şəklində yüklə

