"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 688; 2000, No– 7, maddə 494; 2002, No– 8, maddə 464; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005, No– 10, maddələr 874, 876, 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddə 1, No– 2, maddə 82; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 11, maddə 944; 2011, No– 4, maddə 269, No– 7, maddə 611, No– 11, maddə 987) 39-cu maddəsinin dördüncü hissəsi ləğv edilsin və həmin maddənin beşinci hissəsi dördüncü hissə hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
No– 358-IVQD
Fayl şəklində yüklə

