"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007, No– 4, maddə 320, No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078; 2008, No– 6, maddə 470, No– 7, maddə 608; 2010, No– 7, maddə 590; 2011, No–  4, maddə 266, No– 11, maddə 982) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 14.3-cü maddə əlavə edilsin:

“14.3. Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.”.

2. 23-cü maddədə:

2.1. Aşağıdakı məzmunda 23.1.2-1-ci maddə əlavə edilsin:
“23.1.2-1. 70 yaşına çatdıqda;”;
2.2. Aşağıdakı məzmunda 23.1.7-1-ci maddə əlavə edilsin:
“23.1.7-1. Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə;”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il
No– 360-IVQD


 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU