Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında
Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin
adının dəyişdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılsın və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
No– 361-IVQ
Fayl şəklində yüklə

