"Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r:
Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 1; 2001, No– 12, maddə 736; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 6, maddə 478; 2011, No– 12, maddə 1080) ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nin IV bölməsinin “Bələdiyyənin icra orqanı” hissəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:
“6. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
No– 363-IVQD
Fayl şəklində yüklə

