Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
üzvlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərar alır:
Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilsinlər:
Alim Səlim oğlu Quliyev,
Aftandil Qasım oğlu Babayev,
Vadim Ələddin oğlu Xubanov.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 14 fevral 2012-ci il
No– 295-IVQR
Fayl şəklində yüklə