"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi haqqında

Qərarlar      Paylaşın:        

“Azərbaycan Respublikası Milli Məclisinin
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası
Milli Məclisinin Qərarına dəyişiklik
və əlavə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q  Ə  R  A  R  I


Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına aşağıdakı dəyişiklik  və əlavə edilsin:

1. Qərarın 37-ci bəndi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan - Koreya parlamentlərarası əlaqələr
üzrə işçi qrupu:

Həsənov Malik Əvəz oğlu

2. Qərarın 37-75-ci bəndləri müvafiq olaraq 38-76-cı bəndlər hesab edilsin və Qərara aşağıdakı məzmunda 37-ci  bənd əlavə edilsin:

Azərbaycan - Kolumbiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupu:

Fətiyev Xanlar Nuru oğlu 

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O.Əsədov


Bakı şəhəri, 29 iyun 2012-ci il
No–  391-IVQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU