Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin
təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Hüseynov Elçin Şirin oğlu,
Qasımov Vidadi Kamal oğlu,
Səlimov Hümbət Qamuna oğlu.
2. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 390-IVQR
Fayl şəklində yüklə