Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin
təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə  uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəfərov Vidadi Cəfər oğlu,
Quliyev Telman Osman oğlu.

2. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O.Əsədov


Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 388-IVQR
   


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU