Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
hakiminin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Vüqar Kərim oğlu Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 385-IVQR
Fayl şəklində yüklə