Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009,  No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115) 30.2.6-cı maddəsində “məlumatlar” sözündən sonra “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 iyun 2012-ci il
No– 383-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU