"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İstehsalat və məişət tullantıları haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1998, No– 10, maddə 606; 2002, No– 4, I kitab, maddə 165; 2007, No– 7, maddə 709, No– 10, maddə 938; 2008, No– 6, maddə 460) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.”.
2. Maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il
No– 379-IVQD
Fayl şəklində yüklə

