"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası  Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No–8, maddə 485; 2004, No–7, maddə 505; 2009, No–5, maddə 296; 2010, No–3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddə üzrə:
1.1. üçüncü hissədə “müvafiq icra hakimiyyəti orqanı ilə” sözlərindən sonra “əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı” sözləri əlavə edilsin;
1.2. yeddinci hissənin ikinci abzasında “dövlət rüsumunun” sözləri “müəyyən edilmiş haqqın” sözləri ilə əvəz edilsin;
1.3. on ikinci hissənin ikinci cümləsində “əlavə dövlət rüsumu” sözləri “Müəyyən edilmiş haqq” sözləri ilə əvəz edilsin.
2. 11-ci maddənin ikinci və altıncı hissələrində “dövlət rüsumu” sözləri “müəyyən edilmiş haqqı” sözləri ilə əvəz edilsin.
3. 14-cü maddə üzrə:
3.1. yeddinci hissədə “2 ay ərzində” sözləri “4 ay ərzində” sözləri ilə əvəz edilsin;
3.2. səkkizinci hissədə “müəyyənləşdirilmiş dövlət rüsumları” sözləri “müəyyən edilmiş haqq” sözləri ilə əvəz edilsin.
4. 26-cı maddənin doqquzuncu hissəsində “əmtəə nişanının” sözlərindən sonra “(coğrafi göstəricinin)” sözləri əlavə edilsin.
5. 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “sahibi tərəfindən verilmiş ərizə” sözləri “sahibinin əsaslandırılmış ərizəsi” sözləri ilə əvəz edilsin.
6. 35-ci maddədə “hüquqi hərəkətlər üçün” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
                                                     

Bakı şəhəri, 29 may 2012-ci il
No– 373-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU